İranda restoranda dəhşətli partlayış: Çox sayda ölən var - Foto

İyunun 14-ü İranın Şəhriyar şəhərində restoranda partlayış nəticəsində səkkiz nəfər həlak olub.

“Azad İran” “Telegram” kanalı İranın Qızıl Aypara Cəmiyyətinin Tehran əyaləti üzrə sədri Şahin Fəthiyə istinadən xəbər verir ki, hadisə axşam saat 21:00 radələrində baş verib.

“Qəzanın səbəbləri yanğınsöndürmə idarəsi tərəfindən araşdırılaraq məlumat veriləcək”, - deyə Şahin Fəthi bildirib.

Bir saat sonra ölkənin Fövqəladə Hallar İdarəsinin sözçüsü Müctəba Xalidi İran televiziyasına açıqlamasında deyib ki, restoranda ad günü şənliyi keçirilib və qəzaya səbəb helium balonlarının partlaması ehtimal edilir.

Fövqəladə Hallar rəsmisinin sözlərinə görə, hadisə zamanı ölən səkkiz nəfərdən üçü 3-8 yaş arası uşaqlardır.

pia.az