İranda kafedə 8 nəfərin ölümü ilə nəticələnən partlayış olub

İranda kafedə partlayış olub.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisəyə səbəb helium qazı ilə doldurulmuş şar olub.

Paytaxt Tehranın Şəhriyar bölgəsində yerləşən kafedəki partlayış yanğına səbəb olub.

Hadisə nəticəsində 8 nəfər həyatını itirib.

Ölənlərdən 4-ü azyaşlı uşaq olub.

pia.az