Göygöldə TIR-la “KamAZ” toqquşdu: Ölən var - Foto

Göygöl rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan TIR arxadan “KamAZ”a çırpılıb. Qəza zamanı TIR-ın sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

pia.az