Azərbaycan - Belarus matçından sonra meydana azarkeş daxil olub

Bakıda Azərbaycan və Belarus milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra meydana azarkeş daxil olub.

"Report"un məlumatına görə, yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyevə yaxınlaşan fanat onunla şəkil çəkdirmək istəyib. Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal həmin şəxsi meydançadan kənarlaşdırıblar.

Qeyd edək ki, "Dalğa Arena"dakı qarşılaşma Azərbaycan yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

pia.az