Polad Bülbüloğlunun qızı İstanbulda

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun qızı Leylanın yeni fotosu yayımlanıb.

Fotoşəkli Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova sosial şəbəkədə paylaşıb.

“İstanbuldakı Azərbaycan Baş Konsulluğunun tərtib etdiyi “Ulu öndər Heydər Əliyevin anım günü”ndən xatirə”- deyə M.Abbasova şəklə şərh yazıb.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfiri, sabiq mədəniyyət naziri, Xalq artisti Polad Bülbüloğlunun üç övladı var – 2 oğlu, bir qızı.

Böyük oğlu Teymur Polad Bülbüloğlunun birinci xanımı, məşhur ukraynalı opera müğənnisi Bela Rudenko ilə evliliyindən doğulub.

Polad Bülbüloğlunun ikinci xanımı Gülnarə Şıxəliyevadan iki övladı dünyaya gəlib. Qızı Leyla və oğlu Murtuza. (Modern.az)

pia.az