Azərbaycan Qran-prisində sıralama turunun qalibi bəlli olub - Yenilənib

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.

"Report"un məlumatına görə, "Ferrari"dən Şarl Lekler birinci olub.

"Red Bull"un pilotu Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen üçüncü yeri tutub.

7 qat dünya çempionu Lüis Hemilton 7-ci yerlə kifayətlənib.

***

“Formula-1” üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.

Apasport.az saytının məlumatına görə, 10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini alacaqlar.

Tur 1 saat davam edəcək. Bu gün baş tutan üçüncü sərbəst yürüşdə ən yaxşı göstərici “Red Bull” pilotu Serxio Peresə məxsusdur.

Qeyd edək ki, Qran-prinin əsas yarışı sabah saat 15:00-da başlayacaq.

pia.az