"Barselona"nın ulduz futbolçusunun həyat yoldaşı Bakıya gəldi - Foto

Formula-1 yarışı ilə bağlı Avropadan və dünyadan Bakıya gələn əcnəbilərin sayı durmadan artır.

Milli.Az xəbər verir ki, onlar arasında əcnəbi müğənnilər, blogerlər və digər sahələrdə çalışan məşhurlar yer alır.

Paytaxtda dünyaca məşhur bu idman yarışını izləmək istəyənlər arasında İspaniya və dünya nəhəngi "Barselona" futbol klunun keçmiş futbolçusu Mark Bartranın həyat yoldaşı Melissa Ximenez də var.

Qeyd edək ki, M.Bartra hazırda digər La-Liqa klubu "Betis"in formasını geyinir.

Bu da məşhur futbolçunun Bakıdan fotosu:

pia.az