Kapital bank Kəramət Böyükçölün kart hesabını blokladı

Kapital bank yazıçı Kəramət Böyükçölün kart hesabını bloklayıb.

Pravda.az xəbər verir ki, bu barədə K.Böyükçöl məlumat verib.

"Dünən kart hesabımı paylaşmışdım ki, oxucularım yazılarımın müqabilində mənə qonorar göndərə bilsin. Bu gün isə özlərinin dediyinə görə, beynəlxalq standartlara tam uyğun çalışan, müştərilərinin hüququna sayğı göstərən, bununla da daim öz etibarlılıq və nüfuzunu üstün tutan Kapital Bank mənim kartımı blokladı. Ümid edirəm ki, Kapital Bank rəhbərliyi ona həvalə olunan vəzifənin öhdəsindən gələrək, bu gün ərzində mənim kartımı blokdan çıxarmağa müvəffəq olacaq. Kapital Bank İdarə heyəti bilməlidir ki, onlar bu cür qanunsuz əməlləri ilə bankın imicini, Mərkəzi Bankla tənzimlənən qaydaları və bütün bu mexanizmlərə nəzarət edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nüfuzunu darmadağın edir" - yazıçı əlavə edib.

pia.az