Bakıda 1010 müəllimin iş yeri daimiləşib

Bakıda iş yeri daimiləşən müəllimlərin sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən PİA.az-a verilən xəbərə görə, müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrindəki vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərin 2021-2022-ci dərs ili üçün onlayn müsahibələri nəticəsində müddətli müqavilə əsasında çalışan 1 010 nəfər müəllimin iş yeri daimiləşib.

pia.az