Şəhər rəsmisi: "Mariupolda kimliyi müəyyən edilməyən meyitlər tullantılarla birgə poliqona aparılır"

“Dəqiq neçə Mariupol sakininin öldüyü məlum deyil. İndi ərazidəki evlər sökülür, ölənlər isə axtarılmır”.

“Report” xəbər verir ki, bunu Mariupol şəhər merinin müşaviri Petro Andrüşenko teleqramda yazıb.

Şəhər rəsmisinin sözlərinə görə, çox güman ki, kimliyi müəyyən edilməyən meyitlər tikinti tullantıları ilə birlikdə Levoberejnı zibil poliqonuna aparılır:

“Evləri tamamilə dağıldığı üçün ərazidəki insanlar zirzəmilərdə yaşamağa davam edir. İşğalçı hakimiyyətin şəhərdə epidemioloji vəziyyətin əlverişli olması barədə açıqlamalarına baxmayaraq, Mariupol küçələrində zibil təpələri mövcuddur”.

Qeyd edək ki, mayın 20-də 81 günlük mühasirədən sonra Mariupolun müqaviməti sona çatıb. Şəhər meriyasının məlumatına görə, Rusiya qüvvələrinin təcavüzü nəticəsində şəhərdə azı 10 min dinc sakin həlak olub.

pia.az