Qanda şəkərin nəzarətdən çıxdığını göstərən 5 əlamət

Qanda qlükozanın yüksəlməsi preddiabet və diabetə bir addım yol qaldığını göstərir.

Şəkərin nəzarətdən çıxdığını göstərən 5 əsas əlamət var.

1 - Əsas əlamət sidik ifrazının pozulmasıdır. İnsan tez-tez tualetə gedir, xüsusən gecələr oyanır.

2 - Ağızda quruluq, susama. Qanda şəkər yüksələn kimi bədəndə susuzlaşma yaranır

3 - Yemək yedikdən sonra halsızlaşmaq, gün boyu yorğunluq. Qanda nə qədər çox qlükoza varsa, insulin üçün bir o qədər çətindir. Enerji itkisi çox olur, insan tez yorulur.

4 - Göz büllurunun böyüməsi, bulanması, görmənin dumanlanması.

5 - Ayaqlarda iynəbatırma, yanma və keyimə hissi. Bu o deməkdir ki, qanda şəkər xroniki dərəcədə yüksəkdir və artıq sinirləri sıradan çıxarır.(bakupost)

pia.az