“RİA Novosti” Azərbaycanda bloklandı... - Separaizmə dəstək verən Rusiya bundan nəticə çıxaracaq?

Rusiya və Azərbaycan öz internet və tele məkanlarını bir-birlərinə bağlasalar, bunu sonu necə bitəcək?..

Politoloq: “Mən düşünürəm ki, Marqarita Simonyan bilərəkdən bu tip təxribatlara yol verir ki, Azərbaycan və Rusiya münasibətləri korlansın. Çünki Rusiya-Azərbaycan münasibətlərinin korlanması ilk növbədə Ermənistanın maraqlarına xidmət edirir”

“Hesab eləmirəm ki, “RİA Novosti”-yə girişin Azərbaycanda bloklanması Azərbaycan Rusiya münasibətlərini pozacaq. Hər halda Rusiyadan gələn rəsmi və yaxud qeyri rəmi məlumatlar bunu deməyə əsas vermir”.

Bu sözləri politoloq Turan Rzayev “RİA Novosti” Agentliyinin Azərbaycanda bloklanmasının yaradacağı nəticələri PİA.az-a şərh edərkən qeyd edib.

Ötən həftənin ölkəmiz üçün ən önəmli hadisələrindən biri “RİA Novosti” Agentliyinin Azərbaycanda bloklanması oldu. Belə ki, Rusiyanın “RİA Novosti” dövlət agentliyi ötən gün Qarabağdakı separatçılardan biri Artak Beqlaryanın müsahibəsini yaydı. Rusiyanın Dövlət Agentliyi növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alaraq, Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazini “Dağlıq Qarabağ Respublikası”, Artak Beqlaryanı isə “dövlət naziri” kimi təqdim edib.

Təbii olaraq Rusiyanın əsas mətbu orqanlarından biri olan “RİA Novosti”nin bu addımı Azərbaycanda kəskin etirazla qarşılanıb. Bəzi media qurumları bu addıma adekvat cavab verilməsinə, “RİA Novosti”, eləcə də “Sputnik” Agentliyinin Azərbaycanda bloklanmasına çağırış etdilər.

Azərbaycan Xarici İşlər Nazirliyi də “RİA Novosti”nin bu hərəkətini pisləyən açıqlama yaydı.

Qeyd edək ki, Rusiyanın“RİA Novosti” Agentliyinə erməni əsilli Marqarita Simonyan rəhbərlik edir. Simonyan həmçinin "Rossiya Today" və “Sputnik” Agentliklərinin də baş direktorudur. Hazırda Rusiyanın əsas təbliğat ruporlarından biri kimi tanınan Marqarita Simonyanın Azərbaycana olan münasibəti də birmənalı deyil. Ən azından bu erməni xanımı Azərbaycanın dostu adalandırmaq mümkün deyil. Hətta bir çox aspektlərdə xanım Simonyanın Azərbaycana düşmən mövqe sərgilədiyini də demək mümükndür.

Bəs Azərbaycanın bu xəbərdarlıq addımı Rusiya ilə Azərbaycan arasında informasiya sahəsində əməkdaşlığa necə təsir edə bilər? Rusiya Azərbaycanın bu addımından lazımı nəticə çıxara biləcəkmi, yoxsa qarşılıqlı cavab addımı olaraq Rusiya və Azərbaycan öz internet və tele məkanlarını bir-birlərinə bağlayacaq və iki ölkə arasında siyasi gərginlik yüksələcək?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Rusiyanın Dövlət Agentliyində belə bir müsahibənin dərc olunması iki ölkə arasında mövcud olan müttəfiqlik, dostluq ruhuna ziddir. Lakin mən hesab etmirəm ki, belə bir müsahibənin məhz “RİA-Novosti”də yer alması təsadüfdür”.

Rəsmi Bakının bu günə qədər Rusiyanın terrorçu və separatçı saydığı Çeçen-İçkerya Respublikasının Rusiyadan kanarda yaşayan nümayəndələrinə dəstək vermədiyini və Azərbaycan mətbuatının da onlardan hər hansı bir halda “RİA-Novosti”in etdiyi kimi müsahibə almadığına diqqət çəkən politoloq PİA.az-a bildirib ki, Azərbaycan mediasında belə bir müsahibənin dəqrc olunması Kremli necə narahat edərdisə, hazırda “RİA-Novosti” Artak Beqlaryandan aldığı müsahibə də Azərbaycanı elə narahat edir:

“Rusiyanın “RİA Novosti” Agentliyinə girişin Azərbaycanda bloklanmasına səbəb özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın agentliyinə müsahibəsi oldu. Hesab edirəm Rəsmi Bakının bu qərarı yerində və doğrudur. Məsələ ondadır ki, “RİA-Novosti” son vaxtlar Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti məskunlaşan rus sülhməramlılarının nəzarət etdiyi ərazidə hələ də fəaliyyət göstərməyə çalışan erməni separatçılarının yalan və böhtan dolu təbliğatını aparmaqla məşğul idi. Əslində buna son vaxtlar da demək olmaz, uzun illərdir ki, bu hallar mütamadi olaraq təkararlanırdı. Agentliyin özünü qondarma nazir kimi təqdim edən Artak Beqlaryandan müsahibə alması isə Rəsmi Bakının səbr kasasını daşırdı.

Ümumiyyətlə Rəsmi Bakının bu qərarı təkcə “RİA-Novosti” və ya rusiya ilə bağlı deyil. Azərbaycanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna görə görə yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılıla bilər. “RİA-Novosti”nin də Azərbaycan ərazisində bloklanması bu qanun əsasında həyata keçirilib və Azətbaycan xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edildiyi kimi, Rusiyanın Dövlət Agentliyində belə bir müsahibənin dərc olunması iki ölkə arasında mövcud olan müttəfiqlik, dostluq ruhuna ziddir. Lakin mən hesab etmirəm ki, belə bir müsahibənin məhz “RİA-Novosti”də yer alması təsadüfdür. Çünki hamımız bilirik ki, bu Agentliyə və Rusiyanın digər bir neçə böyük informasiya kanalına erməni əsilli Marqarita Simonyan rəhbərlik edir. Simonyanın Azərbaycana münasibəti isə yumşaq desək, heç də dostcasına deyil.

Əslində mən düşünürəm ki, Marqarita Simonyan bilərəkdən bu tip təxribatlara yol verir ki, Azərbaycan və Rusiya münasibətləri korlansın. Çünki Rusiya-Azərbaycan münasibətlərinin korlanması ilk növbədə Ermənistanın maraqlarına xidmət edir.

Turan Rzayev: “RİA Novosti”yə girişin Azərbaycanda bloklanmasından sonra Marqarita Simonyan özü belə bir açıqlama verib ki, o, yaxın günlərdə tutduğu vəzifələrdən uzaqlaşa bilər. Hesab edirəm ki, belə bir həssas dönəmdə yol verdiyi təxribata görə Simonyan Rusiyanın siyasi rəhbərliyi tərəfindən cəzalandırılır və bu çox normal haldır”.

Lakin mən hesab eləmirəm ki, “RİA Novosti”yə girişin Azərbaycanda bloklanması Azərbaycan Rusiya münasibətlərini pozacaq. Hər halda Rusiyadan gələn rəsmi və yaxud qeyri rəmi məlumatlar bunu deməyə əsas vermir. Doğrudur sosial şəbəkələrdə bəzi ruslar hansısa gizli mənbələrə əsasən məlumat yayırlar ki, bir neçə gün ərzində Azərbaycanda “RİA Novosti”yə giriş bərpa olunmasa, Rusiyanın da adekvat addım atacağı barədə fikirlər səsləndirilir. Lakin ermənilərin də bu tipli məlumatları tirajlamalarından da görünür ki, bu məlumatlar əsasən feyk xarakterlidir. Digər tərəfdən isə “RİA Novosti”yə girişin Azərbaycanda bloklanmasından sonra Marqarita Simonyan özü belə bir açıqlama verib ki, o, yaxın günlərdə tutduğu vəzifələrdən uzaqlaşa bilər. Hesab edirəm ki, belə bir həssas dönəmdə yol verdiyi təxribata görə Simonyan Rusiyanın siyasi rəhbərliyi tərəfindən cəzalandırılır və bu çox normal haldır.

Birincisi ona görə ki, “RİA-Novosti”i Rusiyanın Dövlət Agentliyidir və Agentliyin bu addımı hər şeydən öncə Azərbaycan və Rusiya arasında “Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında” 1997-ci il tarixli Sazişi və “Qarşılıqlı Müttəfiqlik fəaliyyəti haqqında” 2022-ci il tarixli Bəyannaməni, eyni zamnda “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə”müddəalarının pozulması deməkdir.

İkincisi Azərbaycandan fərqli olaraq Rusiya bir müddət öncə "Roskomnadzor”un (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) qərarı ilə Azərbaycanda fəaliyyət göstərən “Oxu.az”, "haqqın.az”, "minval.az”, "baku.ws" kimi yerli media subyektlərinə Rusiya ərazisində girişinə blok qoyub. Adları çəkilən saytlar Rusiya-Ukrayna müharibəsinə obyektiv mövqe tutduqları və işğala məruz qalanın yanında olduqları üçün bloklanıb.

Üçüncüsü rəsmi Bakının bu günə qədər Rusiyanın terrorçu və separatçı saydığı Çeçen-İçkerya Respublikasının Rusiyadan kanarda yaşayan nümayəndələrinə dəstək vermədiyini və Azərbaycan mətbuatının da onlardan hər hansı bir halda “RİA-Novosti”in etdiyi kimi müsahibə almadığını vurğulamaq istərdim. Azərbaycan mətbuatında elə bir müsahibə Kremli necə narahat edərdisə, hazırda “RİA-Novosti” Artak Beqlaryandan aldığı müsahibə Azərbaycanı elə narahat edir”.

Nərminə UMUDLU pia.az