Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin 30 illiyi münasibətilə idman festivalı keçirilib

Azərbaycan – Bolqarıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Gənclərin İdman Festivalı keçirilib.

PİA.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən tədbirin açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov, Azərbaycan XİN Avropa İdarəsinin rəis müavini Ruslan Rzayev, Azərbaycan - Bolqarıstan Paralmentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Rauf Əliyev çıxış ediblər. Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra açılış mərasimi bədii hissə ilə davam edib.

Sonra meydan hər iki ölkənin idmançılarına verilib. Güləş, akrobatika gimnastikası, brekdans və kapoeyra idmançılarının yarışı tamaşaçılar tərəfindən böyük maraqla izlənilib. Bir-birindən maraqlı yarış və nümunəvi çıxışlar dostluq şəraitində keçib.

Festivalın sonunda idmançıların mükafatlandırılma mərasimi keçirilib. Bolqarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Nikolay Yankov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədova, nazir müavini Mariana Vasileva isə Bolqarıstan Gənclər və İdman Nazirliyi Beynəlxalq Əməkdaşlıq Şöbəsinin eksperti Marin Mirçevə xatirə kuboku təqdim ediblər. Eyni zamanda komanda rəhbərlərinə və idmançılara xatirə hədiyyələri verilib.

Qeyd edək ki, iyunun 5-də Azərbaycanla Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur. Bu münasibətlə təşkil edilən festivalda iştirak etmək üçün Bolqarıstandan idman nümayəndə heyəti Azərbaycana səfər edib.

15:19Azərbaycan-Bolqarıstan diplomatik münasibətlərinin 30 ilik yubileyi münasibətilə idman festivalı keçirilib.

"Report" xəbər verir ki, festivalda çıxış edən gənclər və idman nazirinin əslən bolqarıstanlı müavini Mariana Vasilyeva hər kəsi salamlayıb. O, belə bir festivalın iki ölkə arasındakı əlaqələri daha da gücləndirəcəyinə inam ifadə edib.

Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov yüksək təşkilatçılığa görə Azərbaycana təşəkkürünü bildirib.

Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Ruslan Rzayev, Milli Məclisdə Azərbaycan-Bolqarıstan işçi qrupunun rəhbəri Rauf Əliyev iki ölkə arasındakı müxtəlif sahələrdə dostluq münasibətlərinin inkişafından bəhs ediblər.

Festival açıq elan olunduqdan sonra iki ölkənin dövlət himnləri səsləndirilib.

Daha sonra müxtəlif növlər üzrə mübarizəyə start verilib.

pia.az