Ursula fon der Layen Makronla Ukraynadakı vəziyyəti müzakirə edəcək

Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen Fransa Prezidenti Emmanuel Makronla Ukraynadakı vəziyyəti müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidentinin sözçüsü Erik Mamer bildirib.

Onun sözlərinə görə, Ursula fon der Layen Ukraynadakı hazırkı vəziyyəti müzakirə etmək üçün iyunun 3-də Parisdə Fransa dövlət başçısı ilə görüşəcək.

pia.az