Malidə iki Qırmızı Xaç Komitəsinin nümayəndəsi həlak olub

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) iki üzvü Malidə həlak olub.

APA “France Presse (AFP)” nəşrinə istinadən xəbər verir ki, naməlum şəxlər onların avtomobilinə silahlı hücum təşkil edib.

Bildirilir ki, iyunun 1-də motosikletli silahlı şəxslər Kayes şəhəri yaxınlığında BQXK-nin işarəsi olan avtomobilə atəş açıblar.

Hadisə nəticəsində Niderlandın Qırmızı Xaç Komitəsinin nümayəndəsi və əslən seneqallı Mali vətəndaşı olan sürücü həlak olub.

Baş verənlərin təfərrüatları hələlik açıqlanmayıb.

pia.az