İran XİN: “Avropa və ABŞ məsələnin diplomatik yolla həll edə bilər”

“Avropanın 3 ölkəsi və ABŞ məsələnin diplomatik yolla həllini davam etdirə və ya ona zidd davrana bilərlər. Biz hər ikisi üçün hazırıq".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Hərtərəfli Birgə Fəaliyyət Planına münasibət bildirərkən deyib.

S. Xətibzadə bildirib ki, özlərini qəsdən yuxuya vurmuş Avropanın 3 ölkəsi və ABŞ-ın artıq yuxudan ayılmaq vaxtı çatıb. "Onlar diplomatik yolla məsələnin həllini davam etdirə və ya ona zidd davrana bilərlər. Biz hər ikisi üçün hazırıq."

pia.az