Bakıda mənzildən meyit tapılıb

Bakıda qadın meyiti aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən PİA.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Kazımzadə Canetta Əliağa qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

pia.az