Zaqatalada “Niva” aşıb, xəsarət alanlar var

Zaqatalada “Niva” markalı minik avtomobili aşıb, xəsarət alanlar var.

 APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 10 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Faldar kənd sakini, 1980-ci il təvəllüdlü Elmin Eyvaz oğlu Qurbanov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını aşırıb.

Qəza zamanı xəsarət alan Elmin Qurbanov və onun sərnişinləri - Faldar kənd sakinləri, 2010-cu il təvəllüdlü Səyyarə Rüstəm qızı Rüstəmova, 1979-cu il təvəllüdlü Fərqanə Abbas qızı Qurbanova, 1972-ci il təvəllüdlü Gülayət Qurban qızı Bayramova və 2001-ci il təvəllüdlü Sənəm Elmin qızı Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Zaqatala RMX-dan bildirilib ki, hazırda yaralıların müayinəsi aparılır. Onların xəsarətləri yüngül qiymətləndirilir. Ambulator müalicə almaq şərti ilə evə buraxılmaq nəzərdə tutulub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

pia.az