Tbilisidə televiziya qülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərilə işıqlandırılıb

Gürcüstanın paytaxtı Tbilisinin ən yüksək nöqtəsində yerləşən televiziya qülləsi, həmçinin Kür çayının Tbilisidən keçən hissəsinin üzərində yerləşən və şəhərin əsas simvollarından sayılan “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə teleqüllə və körpü göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

pia.az