BMT: “Ötən il silahlı münaqişələrdə azı 11 075 mülki şəxs həlak olub"

“Müharibənin ən ağır bədəlini mülki şəxslər ödəyirlər”.

Bunu BMT Baş katibi Antonio Quttereş tviter səhifəsində yazıb.

“Ötən il 12 silahlı münaqişədə ən azı 11 075 mülki şəxs həlak olub. Mülki insanlar hədəf olunmamalıdır. Onlar hər zaman qorunmalıdır”, - o bildirib.

pia.az