Consonun alternativ Aİ layihəsi: Böyük Britaniya, Türkiyə, Polşa Ukrayna və Baltikyanı ölkələr ittifaq qura bilərlər...

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrtayna prezidenti Vladimir Zelenskini Rusiyaya qarşı hərbi ittifaq yaratmağa dəvət edib.PİA.azın məlumatına görə, İtaliyanın “Corriere Della Sera” nəşri bu iddianı irəli sürüb.Qəzetin iddiasına görə, Consonun Zelenski ilə son görüşündə təklif etdiyi “yeni siyasi, iqtisadi və hərbi ittifaqlar sistem”Avropa İttifaqına (Aİ) alternativə çevrilməli və Brüsselin mövqeyindən, eləcə də Almaniyanın Rusiyanın hərəkətlərinə reaksiyasından narazı olan ölkələri özündə birləşdirməlidir.

Bildirilir ki, Conson ilk dəfə aprelin 9-da Ukraynaya səfəri zamanı Kiyevə bu təşəbbüslə çıxış edib. Baş nazirin ideyasına görə, təşkilata Ukrayna və Böyük Britaniyadan başqa Polşa, Estoniya, Latviya, Litva və sonrakı mərhələlərdə Türkiyə də daxil olacaq. Londonun fikrincə, Böyük Britaniya yeni Avropa İttifaqına rəhbərlik etməlidir.Məlumatda bildirilir ki, Consonun bu təklifi Kiyevdə böyük həvəslə qarşılanmayıb. Bununla belə, Aİ-dən təcrid olunan Ukrayna üçün bu təklif də yeni fürsətlər yarada bilər. (ovqat.com)

pia.az