“Okean Elzı” Bakıda çıxış edəcək - Foto

Məşhur ukraynalı müğənni və “Okean Elzı” qrupunun solisti Svyatoslav Vakarçuk Azərbaycanda konsert verəcək.

Konsert avqustun 12-də Bakıda, Heydər Əliyev Sarayında baş tutacaq.

Ukrayna qrupunun konserti “Help for Ukraine tour!” beynəlxalq turnesi çərçivəsində keçiriləcək və əldə olunan gəlir Ukraynaya dəstək üçün istifadə olunacaq.

pia.az