Türkiyədə ildırım düşməsi nəticəsində meşə yanğını başlayıb

Türkiyənin Muğla vilayətinin Fəthiyə bölgəsində ildırım düşməsi nəticəsində yaranan meşə yanğını havadan və qurudan edilən müdaxilələrlə nəzarət altına alınmağa çalışılır.

Muğla Meşə Bölgə Müdürlüyündən verilən məlumata görə, İnlicə məhəlləsindəki sıldırım və qayalıq ərazidə yerləşən meşəyə ildırım düşüb və yanğın başlayıb. Tüstünü görənlər aidiyyəti orqanlara xəbər veriblər. Bölgəyə iki helikoter, suçiləyici qurğular və yanğınsöndürmə işçiləri sövq ediliblər. (Haber Global)

pia.az