Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdı

Azərbaycan üzrə seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirmə prosesinə yekun vurulub.

Bununla bağlı sabah Mərkəzi Seçki Komissiyasında (MSK) geniş tədbir keçiriləcək.

Tədbirin ardınca isə MSK-nın iclası baş tutacaq.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.

Daha sonra isə MSK-nın müəyyən etdiyi qaydada seçici siyahıları MSK-nın (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilməlidir.

pia.az