Fərid Əhmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub

Prezident İlham Əliyev Fərid Əhmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

pia.az