İranda çoxmərtəbəli bina çöküb, ölən və yaralananlar var - Yenilənib

İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, indiyədək 29 nəfərin yaralandığı təsdiqlənib.

Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, dağıntılar altında 80 nəfərin qaldığı təxmin edilir.

Axtarışlar davam etdirilir.

***

İranda 10 mərtəbəli binanın çökməsi nəticəsində dağıntılar altında azı 80 nəfər qala bilər.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətindən bildirilib.

Qeyd olunub ki, son məlumata əsasən, hadisə nəticəsində 4 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

***

İranın cənubunda yerləşən Xuzistan əyalətinin Abadan şəhərində çoxmərtəbəli bina çöküb.

“Report” “Farsnews”a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb.

Bildirilib ki, hadisə Abadan şəhərinin Tehlençi Əmiri rayonunda baş verib.

Binanın çökdüyü əraziyə 4 xilasetmə heyəti cəlb olunub.

Məlumata görə, 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Dəyən ziyan və hadisənin başvermə səbəbi ilə bağlı məlumat yayılmayıb.

pia.az