Brüsseldə növbəti görüş Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu sübut edir

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin mayın 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə növbəti görüşü bir daha deməyə əsas verir ki, ölkəmiz Avropa İttifaqı, eləcə də Avropa məkanı üçün önəmli tərəfdaşdır.

PİA.az xəbər verir ki, son dövrlərdə Avropada Azərbaycana olan maraq daha da artıb.

Belə ki, Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşdirilməsi hər iki tərəfin maraqlarına tam uyğundur.

Aİ Azərbaycanın regionda və qlobal miqyasda gedən proseslərdə iştirakını, bu proseslərə verdiyi töhfələri görür və bütün bunları düzgün dəyərləndirir. Ən əsası, bu təşkilat Prezident İlham Əliyevin regionda yaratdığı yeni reallıqları tam bölüşür.

pia.az