Köhnə "iPhone"-lar "WhatsApp"-ı dəstəkləməyəcək
"WhatsApp" messencerinin tərtibatçı komandası iOS 10 və iOS 11 platformasında çalışan "iPhone" smartfonlarında tətbiqin dəstəyini dayandırırlar.
PİA.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı redaksiyaya daxil olnuş bildirişə əsasən məlumat yayıb.
Qeyd olunur ki, 24 oktyabr 2022-ci il tarixindən etibarən "WhatsApp" iOS 10 və iOS 11 əməliyyat sistemli cihazlarda dəstəklənməyəcək. "WhatsApp"-ın veb-saytının FAQ bölməsində iOS 12 minimum tələb olunan əməliyyat sistemi kimi qeyd olunub.
Beləliklə, "WhatsApp" artıq iPhone 5 və iPhone 5C smartfonlarında çalışmayacaq, çünki iOS 12 həmin cihazlar üçün mövcud deyil.
pia.az