Blinken Putin üçün mahnı oxumaq istəyib

ABŞ Dövlət katibi Entoni Blinken Vaşinqtonun Moskva ilə münasibətləri barədə zarafat edib.

PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, Blinken Corctaun Universitetində çıxışı zamanı iki ölkənin münasibətlərinin düzəlməyəcəyinə zarafatla eyham vurub.

"Əməkdaşlarım gitaramı buraya gətirməyə imkan vermədilər ki, Teylor Sviftin "We are never ever getting back together" ("Biz heç vaxt bir araya gəlməyəcəyik") ifasını Rusiya Prezidenti Vladimir Putinə həsr edim.

Onlar bunun "qeyri-diplomatik" olacağını dedilər", - o bildirib.

pia.az