Naxçıvanın dörd ayı, orta maaşı

2022-ci ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 776,6 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2021-ci ilin eyni dövründəki göstəricidən 1,7 faiz çoxdur. Hesabatı yayan yerli Dövlət Statistika Komitəsi hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmini 1676,8 manat göstərir.

Dörd ayda sənayedə 2021-ci ilin yanvar-aprel aylarına nəzərən 1,6 faiz, sərmayə qoyuluşunda 1,3 faiz, kənd təsərrüfatında 3,9 faiz, informasiya və rabitə xidmətlərində 2,8 faiz, kreditlərin məbləğində 39,2 faiz yüksəliş qeydə alındığı bildirilir.

Rəsmi məlumata görə, aprelin 1-nə bölgədə orta aylıq əməkhaqqı 585,8 manata çatıb.

pia.az