“TEKNOFEST Azərbaycan”da uçacaq “Bayraktar Akıncı” PUA-lar Bakıya enib

Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib.

Bu barədə “Report” Türkiyənin “Baykar” şirkətinin tviter hesabına istinadən xəbər verir.

Təxminən 2 000 km uçan “Akıncı” təyyarələri üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib.

pia.az