Ramiz Mehdiyevin şirkətləri bir-birini məhkəməyə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm və Texnologiya Parkı” MMC AMEA-nın “Yüksək Texnologiyalar Parkı”nın rezidenti olan "Millers Oils Azerbaijan" MMC-ni məhkəməyə verib.

PİA.az-ın xəbər verir ki, bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, “Elm və Texnologiya Parkı” sair öhdəliklər üzrə mübahisələr və - digər məsələlər barədə tələb irəli sürüb.

İddia hakim Emin Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Hazırda AMEA-nın rəhbəri Ramiz Mehdiyevdir.

pia.az