Jurnalist Qadir İbrahimli dəfn olunub - Yenilənib

Bu gün dünyasını dəyişən tanınmış jurnalist Qadir İbrahimli dəfn olunub.

"Report" xəbər verir ki, mərhum Lənkəran şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində onun yaxınları, mətbuat nümayəndələri iştirak edib.

***

Mərhum jurnalist Qadir İbrahimli ilə vida mərasimi başa çatıb.

"Report"un xəbərinə görə, mərhumun meyiti dəfn olunmaq üçün Lənkəran şəhərinə yola salınıb.

O, bu gün torpağa tapşırılacaq.

***

Kəskin qaraciyər sirrozundan əziyyət çəkən tanınmış jurnalist Qadir İbrahimli xəstəxanada vəfat edib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 53 yaşlı jurnalist az öncə dünyasını dəyişib.

Qeyd edək ki, mərhum kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

pia.az