Ərdoğan: "İsveç tamamilə terror yuvasıdır"

“NATO təhlükəsizlik təşkilatıdır. Alyansın içində terror təşkilatlarının olmasını qəbul edə bilmirik. Bu ölkələr (Finlandiya və İsveç) PKK/YPG-yə ev sahibliyi edir. Biz salındığımız dalana bir daha dirənməyi düşünmürük”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“İsveç tamamilə terror yuvasıdır. Bir ölkə “yox” deyərsə, hər hansı namizəd ölkəni NATO-ya qəbul edə bilməzlər. Keçmişdə təşkilata daxil olanlar daxil olub. Bunun içində Almaniya, Fransa da var. Yunanıstan və Fransa onsuz da təşkilata qoşulub sonra çıxmışdılar”, - o bildirib.(report)

pia.az