"AA" nömrəli maşın qəzaya düşdü - ölən var, Foto

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqiliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonun Qarayusifli kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bərdə rayon Hacallı kənd sakini, Cəlil Hacıyev idarə etdiyi “09-AA-055” dövlət qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarına aşırıb.

Hadisə zamanı sürücü C.Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

pia.az