Azərbaycan Türkdilli Teatrların Beynəlxalq Festivalında iştirak edəcək

Mayın 20-də Türkiyənin Konya vilayətində “Min nəfəs bir səs” adlı 14-cü Beynəlxalq Türkdilli Teatrlar Festivalı start götürəcək.

Konya Dövlət Teatrının direktoru Yaşar Özboz bildirib ki, bu il festivalda Azərbaycan da daxil olmaqla 6 ölkədən teatr kollektivləri iştirak edəcək.

Onun sözlərinə görə, festivalın proqramına səkkiz rəngarəng tamaşa daxil edilib.

125 sənətçinin qatılacağı tədbirlər çərçivəsində Konya Dövlət Teatrının qarşısındakı səhnədə konsertlər və rəqs nömrələri də nümayiş olunacaq.

pia.az