KİV: "Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcək"

Rusiya Prezidenti Vladimir Putinin qarşıdakı günlərdə Türkiyəyə səfər edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti yazıb.

Qəzet yazıb ki, Rusiyadan yüksək səviyyəli nümayəndə heyəti Ankaraya səfər edəcək. Rusiya Baş nazirinin müavini Aleksandr Novakın rəhbərlik etdiyi ticarət heyəti sabah Türkiyədə olacaq. Nümayəndə heyəti iqtisadiyyatla bağlı olan nazirliklərlə yüksək səviyyəli görüşlər keçirəcək.

Bundan başqa, qeyd olunub ki, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə bir çox Avropa şirkəti Rusiya bazarından çəkilib. Bu aydan etibarən Rusiya Aİ və Afrikadan heç bir məhsul ala bilməyəcək. Nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə də bu məsələ gündəmdə olacaq. Türkiyə şirkətlərinin Rusiya bazarında yer alması üçün addımlar atılacaq.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla zəng etdiyi Vladimir Putini Türkiyəyə yüksək səviyyəli işgüzar görüş üçün dəvət etmişdi. Bu çərçivədə yaxın günlərdə Putinin Türkiyəyə gələcəyi gözlənilir.

pia.az