Bakıda “oyun” kimi küçə: “Bilmirik sürək, ya sürməyək”

Bakıda işıqfor dörd gündür sürücüləri çaş-baş salıb.

Söhbət Xətai rayonunun Lütfizadə küçəsindən gedir.

Hərəkət iştirakçıları deyir ki, küçədə hər gün qəza şəraiti yaranır:

“Lap film kimi səhnədir, kinoda “oxu, ya oxuma” deyilən kimi, biz də bilmirik “sürək, yoxsa sürməyək”. Artıq dörd gündür vəziyyət belədir. İşıqfor 7 saylı Şəhər Poliklinikasının yaxınlığındadır”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Bakı Nəqliyyat Agentliyindən (BNA) Oxu.Az-a bildiriblər ki, sözügedən küçədə işıqforun nasaz olduğundan məlumatlıdırlar:

“Aidiyyəti üzrə əməkdaşlar tərəfindən işıqfora baxış keçirilib. Problem texniki nasazlıq səbəbindən baş verib. Qısa zamanda işıqforun fəaliyyəti bərpa ediləcək”.

pia.az