“Qarabağ” – “Neftçi” oyununun başlama saatı açıqlanıb

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün son turunun oyun cədvəli məlum olub.

Turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, bir qarşılaşma isə Peşəkar Futbol Liqasının yutub kanalında canlı yayımlanacaq.

21 may (şənbə)

17:00. “Zirə” – “Şamaxı”Zirə İdman Kompleksinin stadionu

17:00. “Qəbələ” – “Sabah”Qəbələ şəhər stadionu

19:00. “Sumqayıt” – “Səbail”“Kapital Bank Arena”

19:30. “Qarabağ” – “Neftçi”“Azersun Arena”.

pia.az