Astarada çay məcrasından çıxdı: Evlər təhlükə qarşısında - Video

Son dövrlər müşahidə edilən aramsız yağışlar nəticəsində Astaranın Şiyəkəran kəndindən keçən Pensər çayında da suyun səviyyəsi artıb. Çayın məcrası bir qədər genişlənib. Çay torpaq qatını kənarlara doğru 20-25 metrə qədər yuyub. Hər an sürüşmə baş verə bilər. Yaxınlıqdakı evlər təhlükə ilə üz-üzədir.

Məsələ ilə bağlı Astara Suvarma Sistemləri İdarəsindən problemin qarşısını almaq üçün hansı tədbirlərin görüləcəyi ilə maraqlandıq.

Qurumun mühəndis Fərid Yusifov əlavə edib ki, vəsait ayrılacağı təqdirdə həmin ərazidə sahil-mühafizə bəndinin tikintisi həyata keçiriləcək.

pia.az