Ukraynadakı müharibə Misir iqtisadiyyatına 7 milyard ziyan vurdu

Misir iqtisadiyyatı Ukraynadakı vəziyyətlə əlaqədar 130 milyard Misir funtu (təxminən 7 milyard ABŞ dolları) itirib.

Bu barədə Misirin Baş naziri Mustafa Madbouli deyib.

Baş nazirin dediyinə görə, Rusiya-Ukrayna böhranı başlamazdan əvvəl Misirə bütün taxıl tədarükünün 42 faizi Rusiya və Ukraynadan gətirilib və gələn turistlərin 31 faizi də bu iki ölkənin sakinləri olub: "Qahirə dərhal digər taxıl tədarükçüləri axtarmağa başlayıb və həmçinin digər ölkələrdən turistləri cəlb etməyə çalışır".

pia.az