Xorvatiya parlamenti avronun ölkədə pul vahdi olmasını təsdiqləyib

Xorvatiya parlamenti səs çoxluğu ilə avronun respublikada rəsmi pul vahidi kimi dövriyyəyə buraxılması haqqında qanunu təsdiqləyib.

PİA.az APA-ya istinadən bildirir ki, bu barədə cümə günü parlamentin mətbuat xidməti məlumat yayıb.

Yeni qanunun qəbulunun lehinə 117 deputat, əleyhinə 13 deputat səs verib, bir deputat isə bitərəf qalıb.

Qeyd olunur ki, Xorvatiyanın əsas valyuta kimi avrodan istifadəyə rəsmi keçidi 2023-cü il yanvarın 1-dən planlaşdırılıb.

Xatırladaq ki, ölkənin milli valyutası kunan idi.

pia.az