MMP rayon təşkilatları ilə konfrans keçirdi - Foto

Bu barədə Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova məlumat verilib. Məlumatda deyilir:

Müasir Müsavat Partiyası partiyanın rayon təşkilatları ilə konfrans keçirib. Konfransda rayon təşkilatları həftəlik hesabatlarını təqdim ediblər. Hesabatda onlar rayonda gördükləri işlər barədə məlumat veriblər. Həmçinin partiyaya yeni daxil olan vətəndaşların vəsiqələrinin hazırlanması barədə də söhbət olundu.

Eyni zamanda rayonlardakı ümumi vəziyyət müzakirə olundu. Rayonlardakı sosial vəziyyət əsas müzakirə predmeti oldu. Bəzi rayon təşkilatların sədrləri rayon icra hakimiyyətinin müavinləri ilə görüşüblər. Hər bir rayondan olan təşkilat həmin rayonda yaşayan şəhid, qazi ailələrinə ziyarətlərindən  danışdı. Partiya nümayəndələri olaraq onlara göstərdikləri qayğıdan söhbət açdılar. Bildirdilər ki, şəhid ailələrinə, qazilərə əllərindən gələn köməklikləri edirlər.

Rayon təşkilatlarımız ın əsas problemi olan ofislərinin olmaması məsələsi yenə dilə gətirildi. Həm də onlar partiya nümayəndələri olaraq Şuşaya, Ağdama, Zəngilana,Cəbra yıla,ümimi işğaldan azad olunan rayonlarımıza getmək istədiklərini bildirdilər.

 

pia.az