Avstriya kanslerindən Putinə qaz hədəsi

Avstriya kansleri Karl Nehammer Moskvaya “qaz ultimatumu” verib. O, Zalsburqdakı yeraltı anbarları Rusiyanın “Qazprom” şirkətindən alacağı ilə hədələyib.

Bu barədə Avstriya kansleri Karl Nehammer "Kronen Zeitung" qəzetinə müsahibəsində deyib.

“Rusiyanın “Qazprom”u bizim ən böyük qaz anbarlarımızı (Zalsburqdakı “Haidach”ı – red.) doldurmasa, o zaman biz onları başqa təchizatçılar üçün onlardan alacağıq”, - Nehammer bildirib.

O əlavə edib ki, şəxsi mülkiyyətin milliləşdirilməsinin tərəfdarı deyil. Bununla belə, onun fikrincə, Avstriya hakimiyyəti qanunvericilik səviyyəsində zəruri hallarda birbaşa müdaxiləyə hazırlaşmalıdır.

Qeyd edək ki, Haidach qaz anbarı Zalsburq torpaqlarında tükənmiş yatağın yerində yerləşir. 2,4 milyard kubmetr tutma qabiliyyətinə malikdir. “Qazprom”a məxsusdur və hazırda boşdur.(unikal)

pia.az