Bakı-Quba yolunda baş verən qəzada ata və iki aylıq qızı da ölüb

Bakı-Quba yolunda baş verən qəzada ölənlərin kimliyi məlum olub.

APA-nın verdiyi xəbərə görə, VAZ-2106 markalı minik avtomobilinin yük maşınına çırpılması nəticəsində avtomobilin sürücüsü Orxan Qasımov, sərnişinlər 31 yaşlı Pərviz Xudabaxışov və onun 2 aylıq qızı Mədinə dünyasını dəyişib. 

Daha iki nəfər isə müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

pia.az