Erməni general həbs edildi

Ermənistan Müdafiə Ordusu komandanının keçmiş müavini, general Samvel Karapetyan (Oqanovski) həbs edilib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bir neçə gənc avtomobilini İntibah meydanında yerləşən Azadlıq Mübarizəçiləri İttifaqının binasının yaxınlığında saxlayıb, bundan sonra Karapetyan avtomobili çıxarmağı əmr edib. Gənclərlə başlayan mübahisə atışma ilə bitib.

Oqanovski dayanmış avtomobilə atəş açmağa başlayıb. Əraziyə gələn polis qüvvələri generalı saxlayıb.

pia.az