Rusiyada istefalar başlayıb

Rusiyanın Mari El Respublikasının başçısı Aleksandr Evstifiyev istefa verib. 

“Report”un xəbərinə görə, o, işdən çıxmaqla bağlı ərizə yazıb.

“Mari El Respublikasının rəhbəri kimi səlahiyyət müddətim bitdiyinə görə istefamı qəbul etmək xahişi ilə Rusiya Prezidentinə müraciət etdim. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə mənə göstərilən etimada və respublikaya və onun sakinlərinə əvəzsiz qayğısına görə minnətdarlığımı bildirirəm”, deyə o, teleqramda vurğulayıb.

Beləliklə, Rusiyada gün ərzində vəzifəsindən istefa verən region başçılarının sayı 4-ə yüksəlib.

pia.az