Ermənistanda 35 nəfər etirazlar zamanı saxlanıldı

Ermənistanda müxalifət bu gün də iqtidar əleyhinə mitinq keçirir.

"Unikal" xəbər verir ki, İrəvanın müxtəlif yerlərində keçirilən aksiyalar zamanı 35 vətəndaş saxlanılıb.

Vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsində nəzərdə tutulmuş əmələ, yəni polis əməkdaşının qanuni tələbini yerinə yetirmədiklərinə görə tutulublar.

pia.az