Nazir həkimlərin maaş artımından danışdı

Səhiyyə sistemində çalışan həkimlərin maaş artımı nəzərdə tutulur. Bununla bağlı xüsusi mexanizmlər hazırlanacaq.

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev mətbuat konfransında bu məsələ ilə bağlı da açıqlamalar verib:

“Sözügedən mexanizmlər tam hazır olduqdan sonra media üçün mətbuat konfransı keçiriləcək. Mən özüm sizə və ictimaiyyətə bu barədə məlumat verəcəyəm”.

pia.az