Alban-udi xristian dini icması Xudavəngə səfər edib - Yenilənib

Alban-udi dini icmasının üzvləri Kəlbəcərdə Xudavəng monastırını ziyarət edib.

APA-nın yerli bürosu xəbər verir ki, dini icma üzvləri məbəddə dini ayin icra ediblər, dualar oxuyublar və şamlar yandırıblar.

***

Bu gün Pasxa bayramı münasibətilə Alban-udi dini icması və digər xristian icmalarının Kəlbəcərdə Xudavənd məbədinə səfəri təşkil edilib.

APA-nın yerli bürosu xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə baş tutub.

Səfər çərçivəsində Dövlət Komitəsinin, Alban-udi dini icmasının və digər xristian icmalarının nümayəndələri ilə yanaşı, jurnalistlər də Kəlbəcərə yola düşüb.

Dini icma üzvləri məbəddə dini ayin icra edəcəklər, dualar oxuyacaqlar və şamlar yandıracaqlar.

##galery##

pia.az